525.Az

Gürcü deputat: "Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir"


 

Gürcü deputat: "Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir"<b style="color:red"></b>

Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir.

Secki-2020.az saytının xəbərinə görə, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Otar Daneliya deyib. O bildirib ki, Bakıda bir neçə seçki məntəqəsində olublar: “Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik”.

Deputatın sözlərinə görə, hələlik hər hansı bir mənfi hal qeydə alınmayıb.

O əlavə edib ki, müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər.

 





09.02.2020    çap et  çap et