525.Az

Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil


 

Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil<b style="color:red"></b>

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

 

 





09.02.2020    çap et  çap et