525.Az

Almaniyalı müşahidəçi: "Seçkilərin bu səviyyədə keçirilməsi gələcək nəsillər üçün həlledici əhəmiyyət daşıyır"


 

Almaniyalı müşahidəçi: "Seçkilərin bu səviyyədə keçirilməsi gələcək nəsillər üçün həlledici əhəmiyyət daşıyır"<b style="color:red"></b>

Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub.

Secki-2020.az saytının xəbərinə görə, bunu almaniyalı müşahidəçi Birgit Vetsel deyib. O, seçkiləri müşahidə etməyə Azərbaycanın Berlindəki səfirliyinin dəvəti ilə gəldiyini deyib: “Biz bir neçə seçki məntəqəsində olduq və əmin olduq ki, səsvermə prosesi yaxşı təşkil olunub”.

Onun sözlərinə görə, parlament seçkilərinin bu səviyyədə keçirilməsi Azərbaycanın gələcək nəsilləri üçün həlledici əhəmiyyət daşıyır: “Biz burada olduğumuz 3 gün ərzində bu qənaətə gəlmişdik ki, seçkilər uğurlu keçəcək. Biz öz namizədliyini irəli sürmüş çoxlu sayda gənc və müstəqil namizəd gördük”.

 





09.02.2020    çap et  çap et