525.Az

DİN: Seçki prosesinə polisin qanunsuz müdaxiləsi faktı qeydə alınmayıb


 

DİN: Seçki prosesinə polisin qanunsuz müdaxiləsi faktı qeydə alınmayıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi seçkilərlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda-rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb. 

 

 





09.02.2020    çap et  çap et