525.Az

İsrailli müşahidəçi: "Azərbaycanda seçkilərdə hər hansı qanun pozuntusu qeydə alınmayıb"


 

İsrailli müşahidəçi: "Azərbaycanda seçkilərdə hər hansı qanun pozuntusu qeydə alınmayıb"<b style="color:red"></b>

“Azərbaycanda Milli Məclisə seçkilər açıq, şəffaf və səmərəli keçirilib”.

Secki-2020.az saytı xəbər verir ki, bunu parlament seçkilərini izləyən İsraildən olan beynəlxalq müşahidəçi Roman Qureviç deyib. Seçki prosesini müsbət qiymətləndirən beynəlxalq müşahidəçi seçkilərdən bir neçə gün əvvəl Bakıya gəldiyini bildirib. O, Bakıda 6 seçki məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə çoxlu sayda gəncin iştirak etdiyini müsbət qiymətləndirərək deyib: “Seçkidə hər kəs öz işini bilirdi. Proses yüksək səviyyədə həyata keçirildi. Hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman deyib: “Azərbaycanda keçiriləcək növbəti seçkilərdə beynəlxalq müşahidəçilər iştirak etməyə də bilər. Çünki Azərbaycan artıq tam şəffaf seçkilər keçirmək təcrübəsinə malikdir. Özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə valideynlər övladları, babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin səsverməyə gəlməsi çox sevindiricidir. İnsanların çox həvəslə, sevinərək seçkiyə gəldiyinin şahidiyəm".

B. Qrosman bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan və İsrail qardaş və dost ölkələrdilər.

Müşahidəçi Aleksey Tessarskiy Azərbaycanda hər kəsin seçkidə fəal iştirak etdiyini vurğulayıb. “Çünki insanlar öz ölkələrinin gələcəyinə biganə deyillər”,- deyə o vurğulayıb.

 

 





09.02.2020    çap et  çap et