525.Az

Almaniyalı müşahidəçi: “Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi”


 

Almaniyalı müşahidəçi: “Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi”<b style="color:red"></b>

“Üçüncü dəfədir Azərbaycanda seçkiləri müşahidə edirəm. Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi".

APA-nın məlumatına görə, bunu bu gün növbədənkənar parlament seçkilərini müşahidə edən almaniyalı müşahidəçi Matthias Dornfeldt deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdırlar.

"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzu edirəm. Çünki Dağlıq Qarabağdan olan insanlar  öz vətənlərinə geri qayıtmaq istəyirlər. Mən Dağlıq Qarabağdan olan məcburi köçkünlərin səs verdiyi məntəqədə oldum. Dağlıq Qarabağdan olan seçicilərin bizə öz keşməkeşli həyatlarından danışdılar", - deyə almaniyalı müşahidəçi vurğulayıb.

 





09.02.2020    çap et  çap et