525.Az

Amerikalı müşahidəçilər: “Seçkilər qaydalara uyğun keçirildi”


 

Amerikalı müşahidəçilər: “Seçkilər qaydalara uyğun keçirildi”<b style="color:red"></b>

“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib.

“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib.

Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib.

 





09.02.2020    çap et  çap et