525.Az

Türk PA missiyasının başçısı: "Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi"


 

Türk PA missiyasının başçısı: "Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi"<b style="color:red"></b>

“Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi. Biz əlamətdar dövrdə ölkəyə səfər etməkdən qürurlandıq”.

Secki-2020.az saytı xəbər verir ki, bu barədə Türk PA-nın beynəlxalq müşahidə missiyasının başçısı, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçma bildirib.

"Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır.

Bizim üçün həmçinin əhəmiyyətli amil namizədlərin maksimal sayda – 1500 nəfər olmasıdır. Bundan başqa, bunun 20-30%-nin qadın olması çox sevindiricidir. İnşallah, bu seçkilər ölkəni və onun gələcək nəsillərini sonrakı inkişaf üçün möhkəm bünövrə ilə təmin edəcək", - o deyib.

O, həmçinin Azərbaycana seçkilərə dəvət və qonaqpərvərlik üçün minnətdarlığını bildirərək, bu halda iki ölkənin qardaşlığının və birliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 





10.02.2020    çap et  çap et