525.Az

Britaniyalı müşahidəçilər parlament seçkilərini yüksək qiymətləndiriblər


 

Britaniyalı müşahidəçilər parlament seçkilərini yüksək qiymətləndiriblər<b style="color:red"></b>

“Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri müvafiq prosedurlara uyğun baş tutub”.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans deyib.

O bildirib ki, Azərbaycanda bir neçə dəfə seçki prosesini izləyib.

Digər britaniyalı müşahidəçi Blakman Robert qeyd edib ki, onlar komanda şəklində müxtəlif seçki məntəqələrində olublar: “Mən özüm şəxsən 7 məntəqədə seçkini müşahidə etdim. Seçicilərin sayının lövhədə əks olunması yaxşı hal idi. Belə olduqda müşahidəçilər rəqəmlərin müqayisəsini apara bilirdi”.

"London Post" qəzetinin baş direktoru Şahid Qureyşi deyib ki, müstəqil namizədlərin sayının çox olması yüksək təəssürat yaratdı: “Texnoloji yeniliklər vardı. Məsələn, şəxsiyyət vəsiqəsini yoxlamaq üçün aparatı qeyd etməliyəm. Pozuntular üçün şərait yox idi. Çünki yerli müşahidəçilər vəziyyəti diqqətlə izləyirdi və onlar məlumatlı idi”.

Diplomatiya üzrə Nəbi Ayad vurğulayıb ki, dünən apardığı müşahidələr onda böyük təəssürat yaradıb: “Seçki günü heç bir pozuntunun şahidi olmadım, seçkilər qaydalara uyğun keçirildi”.

Berri Tomlin isə qeyd edib ki, qadınların müşahidəçilər arasında yer alması əla nümunədir: “Bu, müsbət nümunədir və dünyada geniş tətbiq olunmalıdır. 800-dən artıq beynəlxalq müşahidəçinin dəvət olunması hökumətin seçkilərə nə dərəcədə diqqət və məsuliyyətli yanaşdığını göstərir”.

Conatan Frayer seçki bülletenlərində deputatlığa namizədlərinin adlarının qarşısında onların fəaliyyəti barədə məlumatların verilməsini müsbət hal kimi qiymətləndirib: “Düşünürəm ki, mənim ölkəm bu praktikadan yararlana bilər. Adətən namizədlərin yalnız partiya mənsubiyyəti olur. Lakin seçici kimə səs verdiyini bilməlidir ki, bu məlumat onlar üçün faydalıdır”.

 





10.02.2020    çap et  çap et