525.Az

Çexiyalı müşahidəçi: "Hər hansı qanun pozuntusuna rast gəlmədik"


 

Çexiyalı müşahidəçi: "Hər hansı qanun pozuntusuna rast gəlmədik"<b style="color:red"></b>

“Ötən gün 16 seçki məntəqəsində olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Hər hansı qanun pozuntusuna rast gəlmədik”.

Secki-2020.az saytı xəbər verir ki, bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən Çexiya parlamentinin müşahidə missiyası, Deputatlar Palatasının üzvü, Azərbaycan-Çexiya Dostluq Qrupunun üzvü Yaroslav Holik deyib.

O, məntəqələrin şəraiti ilə yaxından tanış olduqlarını, namizədlərin siyahılarını yoxladıqlarını, yerli müşahidəçilərlə söhbət etdiklərini bildirib: "Biz nəzarət etdik ki, heç bir qayda pozuntusu olmasın. Seçki prosesindən çox məmnun qaldıq. Hər hansi şikayət eşitmədik".

Beynəlxalq müşahidəçi Azərbaycanla Çexiyadakı seçkilər arasında fərqlərin olduğunu da qeyd edib. Y. Holik Azərbaycanda gözdən əlil seçicilərin sərbəst səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenlərinin çap olunduğunu yaxşı hal kimi qiymətləndirib: “Bundan başqa, Azərbaycanda seçicilərin barmağına gözəgörünməyən mürəkkəb vurulur. Bununla da onların ikinci dəfə səs verməsinin qarşısı alınır”.

Digər beynəlxalq müşahidəçi, Çexiya Deputatlar Palatasının üzvü Kveta Matuşovska da Azərbaycanda keçirilən seçkilərin azad və demokratik şəraitdə baş tutduğunu bildirib.

 





10.02.2020    çap et  çap et