525.Az

Savalan Mirzoyev: “Azərbaycanda seçkilərin şəffaf şəkildə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir”


 

Savalan Mirzoyev: “Azərbaycanda seçkilərin şəffaf şəkildə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir”<b style="color:red"></b>

 “Azərbaycanda keçirilən seçkilər demokratik şəraitdə baş tutub”. Secki-2020.az saytı xəbər verir ki, bunu Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Gürcüstanın deputatı Savalan Mirzoyev deyib.

O Gürcüstandan olan parlament üzvlərinin 11 məntəqədə müşahidə keçirdiyini bildirib: "Həmin məntəqədə seçicilər, müxtəlif partiya üzvləri və komissya üzvləri tərəfindən bizə bildirildi ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz həmçinin bizimlə tərəfdaş olan müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün yüksək şərait yaradılıb”.

S. Mirzoyev bildirib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaş ölkədir: “Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik. Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda seçkilərin belə azad, şəffaf şəkildə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfə, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi”.

 





10.02.2020    çap et  çap et