525.Az

"SOCAR AQŞ" və "Halliburton" birgə müəssisə yaradır


 

"SOCAR AQŞ" və "Halliburton" birgə müəssisə yaradır<b style="color:red"></b>

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.

“SOCAR AQŞ”dən “APA-Economics”ə verilən məlumata görə, birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcək.

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.

 

 





10.02.2020    çap et  çap et