525.Az

Müdafiə naziri Moskvada səfərdədir


 

Müdafiə naziri Moskvada səfərdədir<b style="color:red"></b> Noyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edib.

525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Qeyd edək ki, noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək.

İclasın gündəliyinə uyğun olaraq, iştirakçılar MDB ölkələrinin Müdafiə nazirliklərinin hərbi əməkdaşlığı ilə bağlı 20-dən artıq məsələyə baxacaqlar.
 





20.11.2013    çap et  çap et