525.Az

Ukrayna müşahidə missiyası: Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub


 

Ukrayna müşahidə missiyası: Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunub<b style="color:red"></b>

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.


AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Valeri Kolyux Bakıda keçirilən mətbuat konfransında deyib. Müşahidəçi seçkilərin Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirildiyini vurğulayıb.

Ukrayna parlamentinin nümayəndəsi Vladimir Kreydenko də seçkilərin təşkilatçılığından razılığını bildirib. O, xüsusilə yerli müşahidəçilərin fəallığını qeyd edib.

 





10.02.2020    çap et  çap et