525.Az

Maldiv Seçki Komissiyası: "Seçkilərdə seçicilərin iştirakı kifayət qədər yaxşı idi"


 

Maldiv Seçki Komissiyası: "Seçkilərdə seçicilərin iştirakı kifayət qədər yaxşı idi"<b style="color:red"></b>

Məntəqələrdə seçicilərin müstəqil şəkildə istədikləri namizədə səs verdiyinin şahidi olduq.

Secki-2020.az saytı xəbər verir ki, bunu Azərbaycandakı parlament seçkilərini müşahidə edən Maldiv Seçki Komissiyasının üzvü Fuad Toufok keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Maldiv Müşahidə Missiyasının üzvləri Bakıda 9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparıblar. “Biz müşahidəmizi Bakı şəhərində apardıq. Biz səslərin sayılması prosesində iştirak etmişik. Hətta müşahidələrimizi seçki prosesi başa çatanadək davam etdirmişik. Ümumilikdə seçki prosesi çox yaxşı idi. Seçkilərdə seçicilərin iştirakı kifayət qədər yaxşı idi”, - deyə o əlavə edib.

Fuad Toufok bildirib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər. Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Biz, həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. İstər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin rəvan olması üçün çalışırdılar. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər. Bu da bizə ruh yüksəkliyi verirdi. Eyni zamanda, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilirdi.

 





10.02.2020    çap et  çap et