525.Az

Türkiyənin Ardahan şəhərində 31.8 dərəcə şaxta qeydə alınıb


 

Türkiyənin Ardahan şəhərində 31.8 dərəcə şaxta qeydə alınıb<b style="color:red"></b>

Türkiyənin şərqi Anadolu hissəsində “Sibir soyuqları” müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin 33 bölgəsində təhsil müəssisələri bağlanıb.

Ölkənin Rize, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan və Iğdır şəhərlərində əhaliyə qar uçqunu və qarlı hava şəraiti səbəbindən baş verə biləcək digər hadisələrlə bağlı xəbərdarlıq edilib. Türkiyə ərazisində ən aşağı temperatur - 31.8 dərəcə şaxta Ardahanda qeydə alınıb.

Hidrometeoroloqların proqnozlarına görə, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir neçə gün daha davam edəcək. Bu səbəbdən xüsusilə səhər və axşam saatlarında əhalinin, o cümlədən sürücülərin ehtiyatlı olmaları bildirilir.
Lakin bütün bu mənfi fəsadlara baxmayaraq ölkə ərazisində davam edən qarlı hava şəraiti göz oxşayan mənzərələrin ortaya çıxmasına da səbəb olub.

 





10.02.2020    çap et  çap et