525.Az

İndoneziya mətbuatı Azərbaycanda keçirilmiş parlament seçkilərindən yazıb


 

İndoneziya mətbuatı Azərbaycanda keçirilmiş parlament seçkilərindən yazıb<b style="color:red"></b>

İndoneziyanın telusur.co.id saytında fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərindən bəhs edən “Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası seçkilərdə qalib gəlib” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə parlament seçkiləri ilə yanaşı, ölkəmizdə aparılan islahatlardan da ətraflı bəhs olunub.

Qeyd edilib ki, hələlik seçkilərin yekun nəticələri məlum olmasa da, ilkin nəticələr artıq məlumdur. Belə ki, parlamentdəki yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyası seçkilərdə qalib gəlib. Hakim partiyanın namizədləri parlamentdəki 125 yerdən təqribən 65-nə yiyələniblər. Qalan yerləri isə müstəqil namizədlər və digər partiyaların nümayəndələri tutublar.
Məqalədə son vaxtlar Prezident İlham Əliyevin ölkəmizdə apardığı kadr siyasətinə və iqtisadi islahatlara da geniş yer verilib. Qeyd olunub ki, ötən il dekabrın əvvəlində dövlətimizin başçısı tərəfindən növbədənkənar seçkilərin təyini Azərbaycanda gənc və savadlı kadrların irəli çəkilməsinə şərait yaradıb. Bildirilir ki, dövlət başçısının bu siyasəti hakim partiyanın üzvləri tərəfindən də dəstəklənib.

Vurğulanır ki, Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi-iqtisadi islahatlar ölkənin daha sürətli inkişafına xidmət edir. Bunu fevralın 9-da keçirilən parlament seçkilərində namizədlər arasında qərb təhsilli, peşəkar gənclərə üstünlük verilməsi də təsdiq edir.

 





10.02.2020    çap et  çap et