525.Az

Bolqarıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırılıb


 

Bolqarıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini işıqlandırılıb<b style="color:red"></b>

Azərbaycanda keçirilmiş parlament seçkiləri Bolqarıstanın aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Bolqarıstan Teleqraf Agentliyinin (BTA) səsvermə günü yaydığı xəbərlərdə seçkilərlə bağlı statistik rəqəmlər, həmçinin ABŞ-ın “AJF and Associates” təşkilatı tərəfindən keçirilmiş “exit-poll”un nəticələri diqqətə çatdırılıb.

Bolqarıstanın aparıcı informasiya agentliklərindən olan “Focus” agentliyinin seçkilərlə bağlı yaydığı xəbərlərdə namizədlərin, eləcə də yerli və beynəlxalq müşahidəçilərin sayına diqqət yetirilir.

Geniş oxucu auditoriyasına malik www.dariknews.bg informasiya portalında dərc olunmuş “Azərbaycanda parlament seçkiləri başa çatdı” adlı məqalədə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlara diqqət yönəldilir. Məqalədə seçki günü keçirilmiş “exit-poll”un nəticələri də öz əksini tapır.

Seçkilərlə bağlı yazılar www.news.bgwww.novini.bg informasiya saytlarında da yayılıb.

 





10.02.2020    çap et  çap et