525.Az

Türkiyə və Rusiya "S-400"lə bağlı müzakirələr aparır


 

Türkiyə və Rusiya "S-400"lə bağlı müzakirələr aparır<b style="color:red"></b>

Rusiya və Türkiyə "S-400"ün yeni partiyasının tədarükü ilə bağlı danışıqlar davam etdirilir.

“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu barədə “Rosoboronexport” şirkətinin rəhbəri Aleksandr Mixeyev jurnalistlərə açıqlamasında məlumat verib.

“Bu çətin məsələdir. Hər şey iş mərhələsindədir. Danışıqlar davam edir”, - o qeyd edib.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Yuriy Borisov yanvarın 15-də Türkiyənin “S-400”lərin yeni partiyasını ala biləcəyini açıqlamışdı.

 





10.02.2020    çap et  çap et