525.Az

Slutski: "Azərbaycandakı seçkilərlə bağlı ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır"


 

Slutski: "Azərbaycandakı seçkilərlə bağlı ATƏT DTİHB-nin tənqidləri qeyri-obyektiv xarakter daşıyır"<b style="color:red"></b>

“Ötən bazar Azərbaycanda baş tutmuş növbədənkənar parlament seçkiləri açıq və rəqabət şəraitində keçib”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, parlament seçkiləri ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tənqidləri qeyri-obyektiv xarakter daşıyır.

L. Slutskinin sözlərinə görə, avropalı müşahidəçilər qərəzlidirlər və ikili standartlardan çıxış edirlər.

 





10.02.2020    çap et  çap et