525.Az

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb


 

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb<b style="color:red"></b>

Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, goldenbridgenews.com, akipress.org, ca-news.org və digər portalları Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, yazılarda fevralın 9-da demokratik və şəffaf şəraitdə keçən parlament seçkilərini dünyanın 58 ölkəsindən və 59 beynəlxalq təşkilatdan 883 beynəlxalq müşahidəçinin izlədiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, seçkiləri, həmçinin 77 min 790 yerli müşahidəçi izləyib, bunun da 35 min 152 nəfəri siyasi partiyaların üzvləri olub. Seçkilərdə 246-sı qadın olmaqla, ümumilikdə, 1314 namizəd mübarizə aparıb. Parlament seçkilərində seçici fəallığı 47,81 faiz təşkil edib.

Bildirilir ki, seçkilərdə ciddi qanun pozuntusuna rast gəlinməyib. İlkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyası parlamentdə üstünlük qazanıb.

Həmçinin diqqətə çatdırılır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevə zəng edərək hakim partiyanın seçkilərdə qələbə qazanması münasibətilə onu təbrik edib.

Ölkəmizdə keçirilən parlament seçkiləri Özbəkistan mediasının da diqqət mərkəzində olub. Belə ki, bu ölkənin xabardor.uz və Nargiz.uz portallarında parlament seçkiləri ilə bağlı özbək və rus dillərində materiallar dərc olunub.

 





10.02.2020    çap et  çap et