525.Az

MSK İqbal Ağazadənin şikayətini baxılması üçün DSK-ya göndərib


 

MSK İqbal Ağazadənin şikayətini baxılması üçün DSK-ya göndərib<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Ümid Partiyasının səlahiyyətli  nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

 





10.02.2020    çap et  çap et