525.Az

Macarıstan nəşri Azərbaycan parlamentinə seçkilərdə hakim partiyanın uğur qazanmasından yazıb


 

Macarıstan nəşri Azərbaycan parlamentinə seçkilərdə hakim partiyanın uğur qazanmasından yazıb<b style="color:red"></b>

Macarıstanda geniş oxucu auditoriyası olan “Daily News Hungary” nəşri fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərindən yazıb: (см.: https://dailynewshungary.com/ruling-party-retains-majority-in-azerbaijans-parliament/).

AZƏRTAC xəbər verir ki, agentliyimizin xüsusi müxbirinin hazırladığı materialda hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbə qazanmasından danışılır. Yazıda səsvermənin gedişini müşahidə etmiş müstəqil müşahidəçilər barədə də məlumat verilib. Xatırladaq ki, müşahidəçilər arasında Macarıstanı tanınmış jurnalistlər Peter Dunai və Dyord Konkoy-Tege təmsil ediblər. Onlar öz missiyaları çərçivəsində getdikləri seçki məntəqələrində seçki komissiyalarının əməkdaşlarının işini bəyəniblər, seçkilərin şəffaf keçdiyini bildiriblər.

 





10.02.2020    çap et  çap et