525.Az

Azərbaycan hökuməti Gürcüstanda yerli azərbaycanlıların inteqrasiyasına dəstək verir


 

Azərbaycan hökuməti Gürcüstanda yerli azərbaycanlıların inteqrasiyasına dəstək verir<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşımıza məqsəd qoyub. Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib. O bildirib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər idisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb. Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub.
“Bu gün Gürcüstanda gürcü və ingilis dillərini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var. SOCAR Gürcüstanda sosial layihələri həyata keçirməkdə davam edəcək”, - deyə R.Abdullayev vurğulayıb.

 





10.02.2020    çap et  çap et