525.Az

Ankarada “Abay Kunanbayev ili”nin açılışı olub


 

Ankarada “Abay Kunanbayev ili”nin açılışı olub<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, “TRT Arı” studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər. Qeyd edilib ki, onun şeirləri ilə yanaşı, Qazax xalqına nəsiyyətlərinin əks olunduğu əsərlərdə xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.

Sonra böyük mütəfəkkirin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər çıxış ediblər.

 





10.02.2020    çap et  çap et