525.Az

AAYDA: Buzlaşma ehtimalı ola biləcək ərazilərə xüsusi texnikalar çıxarılıb


 

AAYDA: Buzlaşma ehtimalı ola biləcək ərazilərə xüsusi texnikalar çıxarılıb<b style="color:red"></b>

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb: "Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik".

 





11.02.2020    çap et  çap et