525.Az

İsfar Sarabski və “Deeech” dueti Berlində keçiriləcək caz festivalında eyni səhnəni bölüşəcək


 

İsfar Sarabski və “Deeech” dueti Berlində keçiriləcək caz festivalında eyni səhnəni bölüşəcək<b style="color:red"></b>

Mayın 6-dan 10-dək Berlində XJAZZ festivalı keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, mayın 7-də Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Rusiyanın “Deeech” dueti (zərb alətləri ifaçısı Aleksandr Maşin və xoreoqraf Alina Sokulskaya) festivalda birgə konsert proqramı təqdim edəcək.

Beynəlxalq festivallarda uğur qazanmış Aleksandr Maşinin, həmçinin Azərbaycan musiqiçiləri ilə çıxışları olub. Alina Sokulskaya xoreoqraf, ifaçı, müəllim kimi fəaliyyət göstərir, Afroamerika rəqslərinin tədqiqatçısıdır.

 





11.02.2020    çap et  çap et