525.Az

Muxtar respublikada seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilib


 

Muxtar respublikada seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilib<b style="color:red"></b> Fevralın 9-u muxtar respublikada Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə təhlükəsizlik tədbirləri və ictimai asayiş yüksək səviyyədə təmin olunub.

Secki-2020.az saytı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, seçki günü daxili işlər orqanlarına ictimai asayişin pozulmasına dair və ya seçkilərin keçirilməsinə xələl gətirən hər hansı müraciət daxil olmayıb, seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilib.
 





11.02.2020    çap et  çap et