525.Az

Leonid Slutski: "Milli Məclisə seçkilər demokratik seçki standartlarına tam uyğun şəkildə keçirilib"


 

Leonid Slutski: "Milli Məclisə seçkilər demokratik seçki standartlarına tam uyğun şəkildə keçirilib"<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinə seçkilər rəqabət şəraitində, tamamilə açıq şəkildə keçirilib və demokratik seçki standartlarına cavab verib. Bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski bəyan edib.

Secki-2020.az saytı deputatın mətbuat xidmətinə istinadla xəbər verir ki, L.Slutski Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının əhali arasında böyük nüfuza malik olduğunu və bunun da səsvermənin yekun nəticələrində əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, respublikanın Mərkəzi Seçki Komissiyasının artıq operativ şəkildə araşdırdığı cüzi pozuntular seçkilərin legitimliyinə heç cür təsir edə bilməz. Komitə sədri əlavə edib: “Şəffaflığın və demokratikliyin olmaması barədə ittihamlar, çox üzr istəyirəm, sadəcə parlament ədəbinə uymayan iddialardır”.

L.Slutski, həmçinin qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ADTİHB) müşahidəçiləri ənənəvi olaraq səsvermənin yekunlarına dair tənqidlər səsləndiriblər. Bu, avropalı müşahidəçilərin qərəzli yanaşmasını və ikili standartlarını nümayiş etdirir.
Deputat vurğulayıb ki, Milli Məclisə seçkilər demokratik seçki standartlarına tam uyğun şəkildə keçirilib. Bunu Dövlət Dumasının deputatlarının da təmsil olunduğu MDB-nin müşahidə missiyası da qeyd edib.

Komitə sədri sonda deyib: “Azərbaycan xalqını təbrik etmək istəyirəm və məhsuldar parlamentlərarası əməkdaşlığa ümidvar olduğumu bildirirəm”.

 





11.02.2020    çap et  çap et