525.Az

Zakir Həsənov Brüsselə gedəcək


 

Zakir Həsənov Brüsselə gedəcək<b style="color:red"></b>

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

 





11.02.2020    çap et  çap et