525.Az

Paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaratmayıb


 

Paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaratmayıb<b style="color:red"></b>

Gecə saatlarından paytaxta yağan qar avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qarın yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ-hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə saatda 60 kilometrə endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun xətlərə çıxarılıb.

 





11.02.2020    çap et  çap et