525.Az

İran mətbuatı: Azərbaycanda seçkilər qanun pozuntusu olmadan həyata keçirilib


 

İran mətbuatı: Azərbaycanda seçkilər qanun pozuntusu olmadan həyata keçirilib<b style="color:red"></b>

İranın “Tabnak news” agentliyində Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri haqqında xəbər dərc edilib.

Secki-2020.az saytı xəbər verir ki, materialda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyi bildirilib. Qeyd olunub ki, səsvermədə seçici fəallığı müşahidə edilib. Parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.

Diqqətə çatdırılıb ki, səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər seçkilərin qanun pozuntusu olmadan həyata keçirildiyini bildiriblər.

İranın İRNA, “Mehr news”, İSNA və digər saytlarında da Azərbaycanda keçirilən parlament seçkilərinə yer ayrılıb. Materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev ölkəsində geniş islahatlar həyata keçirir. İqtisadi islahatlarla yanaşa, siyasi islahatlar çərçivəsində ümumxalq səsverməsi ilə yeni parlament formalaşdırılır.

“İrib news” saytı və “Sədai səma” televiziya kanalı seçkilər haqqında videoxəbər yayımlayıblar.

 





11.02.2020    çap et  çap et