525.Az

Rusiya Gürcüstanla hava nəqliyyatının bərpası üçün şərtlərini açıqlayıb


 

Rusiya Gürcüstanla hava nəqliyyatının bərpası üçün şərtlərini açıqlayıb<b style="color:red"></b>

Rusiya Gürcüstanla hava nəqliyyatının bərpa edilməsi üçün bu ölkədə rusofob kampaniyanın dayandırılması ilə bağlı şərt irəli sürüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN başçısının müavini Andrey Rudenko "RİA Novosti"yə müsahibəsində bildirib.

“Məlum olduğu kimi, ötən ilin iyulunda Rusiya avia şirkətlərinə ölkə ərazisindən Gürcüstana vətəndaşların daşınmasını qadağan edilib. Bu müvəqqəti və məcburi tədbirdir. Moskva 2019-cu ilin iyununda Tiflisdə məlum kobud antiRusiya təxribatına cavab olaraq bu addımı atmaq məcburiyyətində qalıb. Qadağanın ləğvi haqda ancaq bunun üçün lazımi şərait yaradılandan sonra danışmaq olar. Hər şeydən öncə, burada söhbət Gürcüstanda vəziyyətin sabitləşməsindən, rusofob kampaniyanın dayandırılmasından və vətəndaşlarımızın təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasından gedir”, - deyə A. Rudenko qeyd edib.

Xatırladaq ki, ötən il iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

 





11.02.2020    çap et  çap et