525.Az

İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər


 

İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər<b style="color:red"></b> Fevralın 9-da Azərbaycanda keçirilən seçkiləri müşahidə edən İtaliya parlamentinin iki üzvü - “Forza İtalia” partiyasını təmsil edən Mariya Rizotti və “Şimal liqası” partiyasının nümayəndəsi Rosanna Boldi proses barədə fikirlərini yerli mətbuata açıqlayıblar.

Secki-2020.az saytı ANSA agentliyinə istinadla xəbər verir ki, italiyalı parlamentarilər seçki prosesini ümumilikdə müsbət qiymətləndiriblər. Seçkilərin gedişini şərh edən deputatlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını deyiblər: “Səsvermə zamanı saxtakarlıq olmasın deyə bütün tədbirlər görülmüşdü. Biz müşahidə apardığımız məntəqədə heç bir qayda pozuntusu ilə üzləşmədik”.
 





11.02.2020    çap et  çap et