525.Az

Bernama agentliyi: Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik xarakterini alqışlayırlar


 

Bernama agentliyi: Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik xarakterini alqışlayırlar<b style="color:red"></b>

Azərbaycanda fevralında 9-da keçirilmiş parlament seçkiləri əksər beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli elan olunub.

Secki-2020.az saytı xəbər verir ki, bu barədə Malayziyanın aparıcı Bernama milli xəbər agentliyinin yaydığı “Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik xarakterini alqışlayırlar” adlı məqalədə bildirilir.

Agentliyin parlament seçkilərinin gedişini işıqlandırmaq üçün Azərbaycana ezam etdiyi müxbiri TÜRKPA təşkilatının, Qırğızıstandan olan müşahidəçi Almazbəy Batırbəyovun, GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü Maryan Zablotskinin, Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin, Böyük Britaniyanın lordlar palatasının üzvü Devid Evansın, İslamabaq Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəmin, Fransa senatının Xarici İşlər və Müdafiə komitəsinin sədr müavini Joel Qrrionun, digər fransalı müşahidəçi İv Meteronun, Almaniyanın Bavariya parlamentinin deputatı Uli Xenkelin, Yunanıstan parlamentinin üzvü Lazaros Tsavdaridisin keçirdikləri mətbuat konfransları zamanı səsləndirdikləri fikirləri sitat gətirərək ölkəmizdə seçkilərin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlar səviyyəsində keçirildiyini qeyd edib. Həmin beynəlxalq müşahidəçilər səsvermənin gedişini müşahidə etdikləri seçki məntəqələrinin ən müasir avadanlıqla təchiz edildiyini vurğulayaraq, heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını bildiriblər.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilmiş müstəqil “Seçkilər-2020” media mərkəzi barədə məlumat verən malayziyalı jurnalist onun Azərbaycan ictimaiyyətini və əcnəbi jurnalistləri parlament seçkilərinin gedişi barədə vaxtında məlumatlandırmaq məqsədilə təsis olunduğunu bildirir.

Əlavə olaraq qeyd edir ki, seçkiləri 89676 yerli və 883 beynəlxalq müşahidəçi izləyib, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Eyni zamanda, 132 beynəlxalq kütləvi-informasiya vasitəsinin 199 nümayəndəsi seçkiləri işıqlandırmaq imkanı əldə edib.

 





11.02.2020    çap et  çap et