525.Az

Türkiyədə karantində saxlanılan şəxslərin növbəti analizləri də təmiz çıxıb


 

Türkiyədə karantində saxlanılan şəxslərin növbəti analizləri də təmiz çıxıb<b style="color:red"></b>

Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilmiş, aralarında Azərbaycan vətəndaşlarının da olduğu şəxslərin üçüncü qan analizlərində də koronavirus aşkarlanmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca keçirdiyi mətbuat konfransında məlumat verib.

Virusun Türkiyəyə daxil olmaması üçün görülən tədbirlərdən danışan nazir bildirib ki, bu sahədə ən əlverişli imkanlardan istifadə olunub. Səhiyyə sahəsində istənilən fövqəladə vəziyyətə hazırlıq yüksək səviyyədədir. O cümlədən hər biri əlli çarpayılıq 48 səyyar xəstəxana var. Onlar fasiləsiz olaraq reanimasiya tipli fəaliyyət üçün nəzərdə tutulub.

Qeyd edək ki, virusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə Türkiyəyə səfər edən bütün sərnişinlər hava limanlarında termal kameralarla yoxlanılırlar.

 





11.02.2020    çap et  çap et