525.Az

AMEA: "Magistraturaya qəbulun bir mərhələli aparılması sənəd verənlərin sayına təsir etməyəcək"


 

AMEA: "Magistraturaya qəbulun bir mərhələli aparılması sənəd verənlərin sayına təsir etməyəcək"<b style="color:red"></b>

"Magistratura səviyyəsinə qəbulun bir mərhələli şəkildə aparılması sənəd verənlərin sayına hər hansı təsir etməyəcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov bildirib.

O deyib ki, bu ildən magistraturaya qəbulun bir mərhələli şəkildə aparılmasından sonra məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür: "Təhsilin hansısa pilləsinə qəbul sadələşdirilirsə, bu, o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. Əgər ilkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, magistrlər sonrakı pillərdə əziyyət çəkməzlər".

AMEA-nın akademik-katibi deyib ki, təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur: "Gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Onlar təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidirlər".

 

 





11.02.2020    çap et  çap et