525.Az

Nazir: "Vergi daxilolmalarının 9%-i nəzarət tədbirləri hesabına təmin edilib"


 

Nazir: "Vergi daxilolmalarının 9%-i nəzarət tədbirləri hesabına təmin edilib"<b style="color:red"></b>

"Təhlillər göstərir ki, kölgə dövriyyəsinin ağarması sürətlənib".

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda Bakıda keçirilən konfransda çıxış edərkən bildirib.

"Bizim münasibətlərin şəffaflaşdırılmasından geriyə yolumuz yoxdur. Bu, ticarət, əməliyyat sənədləri, əmək müqavilələri sayında biruzə verir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, aktiv ƏDV ödəyicilərinin sayı 37,5% artıb: "Ötən il səyyar vergi yoxlamaları 44% azalıb, aktiv vergi ödəyicilərinin hər 1 000 nəfərindən sadəcə ikisində vergi yoxlaması aparılıb. Vergi daxilolmalarının 91%-i könüllü, cəmi 9%-i müxtəlif nəzarət tədbirləri hesabına təmin edilib".

 

 





11.02.2020    çap et  çap et