525.Az

Nazir: Ötən il qeyri-neft sektorunda aktiv ƏDV ödəyicilərinin sayı 37,5 faiz artıb


 

Nazir: Ötən il qeyri-neft sektorunda aktiv ƏDV ödəyicilərinin sayı 37,5 faiz artıb<b style="color:red"></b>

Keçən il qeyri-neft sektorunda aktiv ƏDV ödəyicilərinin sayı 37,5 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda deyib.

“Ötən il qeyri-neft-qaz sektorunda ƏDV üzrə 16,4 faiz artım olub. Bu, ƏDV-yə cəlb olunan dövriyyələrin şəffaflaşdırılması ilə bağlıdır. Aktiv ƏDV ödəyicilərinin sayı 37,5 faiz, hüquqi şəxslərin bank hesablarının sayı 19 faiz, sahibkar, fiziki şəxslərin bank hesablarının sayı isə 26 faiz artıb”, - deyə nazir bildirib.

 





11.02.2020    çap et  çap et