525.Az

Lavrov Rusiya prezidentinin fəxri fərmanını Polad Bülbüloğluna təqdim edib


 

Lavrov Rusiya prezidentinin fəxri fərmanını Polad Bülbüloğluna təqdim edib<b style="color:red"></b>

Moskvada Rusiya xarici işlər naziri ilə MDB-yə üzv dövlətlərin səfirləri ilə görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüş zamanı MDB məkanında ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafı və Birlik ölkələrinin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi ilə bağlı 2019-cu ildə görülən işlərə yekun vurulub.

Çoxplanlı əməkdaşlığın gələcək perpektivləri müəyyənləşdirilib.

Bundan əlavə, görüşdə aktual beynəlxalq və regional mövzular barədə fikir mübadiləsi aparılıb.

MDB səfirləri ilə görüş çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna Rusiya Prezidenti Vladimir Putinin Fəxri fərmanını təqdim edib.

Qeyd edək ki, Rusiya prezidenti Polad Bülbüloğlunu 75 illik yubileyi münasibəti ilə Rusiya-Azərbaycan münaisbətlərinin inkişafına verdiyi töhvəyə görə fəxri fərmanla mükafatlandırıb.

 

 





11.02.2020    çap et  çap et