525.Az

Eldar Əzizov: “Son illər Bakıda otellərin sayı artıb”


 

Eldar Əzizov: “Son illər Bakıda otellərin sayı artıb”<b style="color:red"></b>

“Artıq beşinci ildir ki, paytaxt Bakı şəhərində “Formula 1” yarışları keçirilir. Bakı sakinləri bu tədbiri çox böyük maraqla qarşılayırlar. Bu da təbiidir. Belə nüfuzlu yarışın Bakıda keçirilməsi bütün sahələrə müsbət təsir göstərir”.

APA-nın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“2016-cı ildən Bakıya səfər edən turistlərin sayı 4 dəfə artıb. Bu, böyük göstəricidir. Digər tərəfdən otellərin sayı artıb. Diqqətinizə çatdırım ki, 2016-cı ildə rəsmi məlumatlara görə, Bakı şəhərində 148 otel mövcud idi. Lakin bu gün otellərin sayı 200-dən çoxdur”, - deyə E. Əzizov vurğulayıb.

 





12.02.2020    çap et  çap et