525.Az

AMB ödəniş sistemləri və xidmətləri üzrə qanun layihəsinin tamamlanması istiqamətində işlər aparır


 

AMB ödəniş sistemləri və xidmətləri üzrə qanun layihəsinin tamamlanması istiqamətində işlər aparır<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müvafiq ödəniş sistemləri və xidmətləri üzrə qanununun tamamlanması istiqamətində işlər aparır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsinin ilkin versiyası hazırlanıb və hazırda layihə üzrə həm bankdaxili, həm də digər qurumlarla müzakirəsi aparılır.

"Qanunvericilikdə xüsusilə innovativ işlərə fokuslanılıb. Açıq bankçılıq konsepsiyalarının ölkəyə gətirilməsi və bank olmayan ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi imkanları artıq düşünülüb", - deyə F. Osmanov qeyd edib.

 





12.02.2020    çap et  çap et