525.Az

Rusiya XİN Ərdoğanın Suriyada mülki əhalinin bombalanması ittihamlarını rədd edib


 

Rusiya XİN Ərdoğanın Suriyada mülki əhalinin bombalanması ittihamlarını rədd edib<b style="color:red"></b>

“Suriyada mülki əhaliyə aviazərbələr endirilmir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Vladimir Tarabrin deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, nə Rusiya, nə də Suriya silahlı qüvvələri dinc əhaliyə aviazərbələr endirir. Bütün aviazərbələr istisnasız olaraq Suriyada qanuni hakimiyyətə qarşı əlində silahla döyüşən terrorçu qruplaşmalara endirilir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Moskva və Dəməşqi Suriyanın İdlib bölgəsində dinc əhaliyə aviazərbələr endirməkdə ittiham edib.

 

 





12.02.2020    çap et  çap et