525.Az

"Allmag" jurnalının ilk sayının təqdimatı keçiriləcək


 

"Allmag" jurnalının ilk sayının təqdimatı keçiriləcək<b style="color:red"></b>

Noyabrın 24-də Azərbaycanda gənclər üçün yeni fərdi inkişaf jurnalı işıq üzü  görəcək 

 Gənclər hər bir ölkənin əsas kapitalıdır və onların potensialının reallaşdırılması ölkənin gələcək tərəqqisinə təsir göstərən əsas amillərdəndir. "Allmag" jurnalının əsas məqsədi gəncləri müvafiq sahələrdə maarifləndirərək onların gələcək inkişafına töhfə vermək, onların məlumat ehtiyaclarını ödəmək və düzgün sahəyə yönəltməkdir.

525.az-ın məlumatına görə, jurnalın təqdimat mərasimində dövlət, biznes və QHT sahəsinin nümayəndələri ilə birlikdə aktiv tələbələr və təşkilat üzvləri də iştirak edəcəklər. Təqdimatda layihə komandasının  və dəvət edilmiş qonaqların çıxışları, eləcə də jurnalın ərsəyə gəlməsində zəhməti olan komanda üzvlərinin  təltifləndirilməsi və layihənin gələcək planları barədə açıqlamalar olacaqdır.

"Youth to Youth" Gənclər Təşəbbüs qrupu tərəfindən irəli sürülən layihə 30 könüllü gənc tərəfindən hazırlanmışdır. Məqalələr tərcüməçilər tərəfindən 5 xarici dildən tərcümə olunmuş, müsahibələr isə gənc jurnalistlər komandası tərəfindən götürülmüşdür. Jurnal komandasının üzvlərinin orta yaşı 20-dir və heç biri jurnal hazırlanması sahəsində təcrübə sahibi deyil. Allmag-ın gənclərə çatdırmaq istədiyi ismarıc budur ki, "Aktiv olmaq heç vaxt gec deyil!" və onlar bunu məhz öz fəaliyyətləri ilə təsdiqləyirlər.

Əsas məqsədlərindən biri doğma dilimizi təşviq etmək olan Jurnal Azərbaycan dilində dərc olunur və əsas oxucu kütləsi yuxarı sinif şagirdləri, tələbələr və gənc mütəxəssislərdir.

Təqdimat və yaxud ümumi layihə ilə bağlı hər hansı sualınız  olarsa, Allmag Fərdi İnkişaf Jurnalının PR meneceri Gülşən Həsənzadə ilə əlaqə saxlaya bilərsiniz:   

E-mail: [email protected]

 





21.11.2013    çap et  çap et