525.Az

Rusiya Cəzaların İcrası Federal Xidmətinin keçmiş idarə rəisi məhkəmədə özünü güllələyib


 

Rusiya Cəzaların İcrası Federal Xidmətinin keçmiş idarə rəisi məhkəmədə özünü güllələyib<b style="color:red"></b>

Rusiya Federasiyası Cəzaların İcra edilməsi Federal Xidmətinin keçmiş idarə rəisi məhkəmədə özünə qəsd edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Federal Xidmətin keçmiş idarə rəisi Viktor Sviridov paytaxtın Çertanovo Rayon Məhkəməsində barəsində hökm oxunduqdan sonra odlu silahdan özünə atəş açıb. O, yerindəcə ölüb.

Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumatda Viktor Sviridovun məhkəmə zalına silahı necə keçirməsi ilə bağlı araşdırma aparıldığı bildirilib.

V. Sviridov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 136.3 maddəsi ilə (külli miqdarda mənimsəmə) ittiham olunub. Məhkəmə onun barəsində cəzasını ciddi rejimli həbsxanada çəkməklə 3 il müddətlinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

 





12.02.2020    çap et  çap et