525.Az

Xalq yazıçıları Anar və Çingiz Abdullayevə "BDU-nun 100 illiyi" medalları təqdim olundu


 

Xalq yazıçıları Anar və Çingiz Abdullayevə "BDU-nun 100 illiyi" medalları təqdim olundu<b style="color:red"></b>

Fevralın 10-da Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb.

AYB.az saytının xəbərinə görə, nazir müavini Bakı Dövlət Universitetinin 100 illik yubileyindən və bu münasibətlə təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi" medalından söz açıb.

Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş insanlara, Azərbaycanın nüfuzlu şəxslərinə təqdim edilir.

Xalq yazıçısı Anarın və Xalq yazıçısı Çingiz Abdullayevin "Bakı Dövlət Universitetinin 100 illiyi" medalına layiq görüldüyünü bildirən Firudin Qurbanov, onlara nazir Ceyhun Bayramovun təbrikərini çatdırıb. Sonra medallar hər iki Xalq yazıçısına təqdim edilib.

Yazıçılar Birliyinin sədri Anar təltifə və diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib və təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib.

Xalq yazıçısı Çingiz Abdullayev də təltif üçün öz minnətdarlığını bildirib.




 





12.02.2020    çap et  çap et