525.Az

Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb - Sərəncam


 

Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb - <b style="color:red">Sərəncam</b>

Prezident İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 





12.02.2020    çap et  çap et