525.Az

Musiqi Mədəniyyəti Muzeyində rusiyalı sənətkarla görüş


 

Musiqi Mədəniyyəti Muzeyində rusiyalı sənətkarla görüş<b style="color:red"></b>

Fevralın 11-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Rusiyanın Əməkdar artisti Mixail Parxomovski ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə M.Parxomovskinin skribka musiqisinə verdiyi töhfələrdən söhbət açılıb.

Muzeyin direktoru Alla Bayramova bildirib ki, son zamanlar muzeyə 200-dən artıq partituralar təqdim olunub. Burada görkəmli bəstəkarların bəstələri ilə yanaşı, M.Paxromovskinin əsərləri də yer alır.

Bildirilib ki, Bakıda anadan olan Mixail Parxomovski uzun illər İsraildə yaşayıb skripkaçılar ansamblına rəhbərlik edib, başqa alətlərin musiqi notlarını skripkaya uyğunlaşdırıb.

O, Bakı Musiqi Akademiyasının skripka bölməsinə daxil olub. Təhsilini Rusiyada davam etdirən M.Parxomovski uzun illər Moskva Skripkaçılar ansamblına rəhbərlik edib. Bütün dünyada İspaniya, Əlcəzair, ABŞ, İngiltərə və digər ölkələrdə Qara Qarayevin musiqisini təbliğ edib.

M.Parxomovski çıxışında musiqinin insanı sözlərdən məhrum edərək onu bir növ cazibəsinə aldığını deyib. Bildirib ki, skripka partituraları adətən müəlliflər tərəfindən notlara alınmır, buna görə də skripka üçün partituralar azlıq təşkil edir. Qeyd edib ki, bu mənada o, skripka musiqisinə böyük töhfələr verib.

Qara Qarayevlə tanışlığından danışan M.Paxromovski, onun analoqu olmayan bir bəstəkar olduğunu deyib. "Mən Qara Qarayevin musiqisi ilə tərbiyə olunmuşam. Əldə etdiyim nailiyyətlərə görə ona borcluyam", - deyə M.Paxramovski əlavə edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Sonda skripka ustası muzeyə özünün foto arxivindən şəkillər, jurnal və qəzetlərdə haqqında dərc olunmuş məqalələr təqdim edib.

 





12.02.2020    çap et  çap et