525.Az

Azərbaycanlı bəstəkar ata oldu


 

Azərbaycanlı bəstəkar ata oldu<b style="color:red"></b>

Bəstəkar və prodüser İsa Məlik ata olub.

Axşam.az-ın məlumatına görə, İ.Məlik bu haqda “Facebook” profilində yazıb.

O, təəssüratlarını dostları ilə bölüşüb:

“Dostlarım, məni təbrik edin. Noyabrın 14-də Florida vaxtıyla saat 11:27-də ata oldum. Mənim Melisa adlı gözəl qızım dünyaya gəldi. Bu, gözəl hissdir. Hər kəsə bu xoşbəxtliyi yaşamasını arzulayıram. Sevgilim Paulina, gözəl hissləri mənə yaşatdığın üçün çox sağ ol. Sizi hədsiz sevirəm. İlk növbədə isə bu gözəl neməti bizə bağışladığına görə Allaha təşəkkür edirəm. Melisa Məlikova, bizim dünyamıza xoş gəldin”.

 





21.11.2013    çap et  çap et