525.Az

Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiqləndi


 

Arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı təsdiqləndi <b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  sərəncam imzalayıb.

APA-nın xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.

 

 





12.02.2020    çap et  çap et